29 İyun 2026
Ölkə futbolu

Musa Qurbanlı “Yurqorden”in oyununu kənardan izləyəcək

Millimizin hücumçusu Musa Qurbanlının adı növbəti dəfə iştirak ərizəsinə daxil edilməyib.

İdmanxeber.az-ın məlumatına görə, həmyerlimiz “Yurqorden”in çempionatın IX turunda “Brommapoykarna”ya qarşı keçirəcəyi matçda çıxış etməyəcək.

Qurbanlının adı ötən tur heyətdə yer alsa da, futbolçu meydana çıxmamışdı.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. “Yurqorden” 8 turdan sonra 16 xalla üçüncüdür.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43