30 İyun 2026
l Divizion Ölkə futbolu

Nə nəticəsi var, nə azarkeşi…

Azərbaycan I Liqasında 26-cı turun oyunları başa çatıb.

İdmanxeber.az-ın məlumatına görə, ötən gün yekunlaşan turun azarkeş sayı da məlum olub.

Turu ümumilikə 4030 azarkeş izləyib. XXVI turun ən çox tamaşaçı izlədiyi oyun “Qaradağ Lökbatan” – “Şamaxı” matçı olub – 1600 tamaşaçı. İkinci sırada “Karvan” – “Mingəçevir” oyunu qərarlaşıb – 1500 tamaşaçı.

“Zaqatala” – “İrəvan” (600 tamaşaçı) oyunu 3-cü, “Araz Saatlı” – “İmişli” (300 tamaşaçı) qarşılaşması isə azarkeş sayına görə 4-cü yerdə qərarlaşıb.

Ən az azarkeş isə “Difai Ağsu” – MOİK matçında qeydə alınıb. Turnir cədvəlində sonda ikinci pillədə qərarlaşan Ağsu təmsilçisinin ev matçını tribunadan cəmi 30 tamaşaçı izləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43