“Qarabağ”ın futbolçusu Yassin Benzia komandadan ayrıla bilər.
İdmanxeber.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçiyə təkliflər var. Yerli mətbuat yazır ki, Qurban Qurbanov futbolçunu buraxmaq istəmir.
Benzianın gələcəyinin qeyri-müəyyən olduğu bildirilir. O, mövsüm sonu karyerası ilə bağlı yekun qərarını verəcək.
Yassin Benzia 2023-cü ilin yanvar ayından “Qarabağ”da çıxış edir.

