“Neftçi”nin sabiq futbolçusu Mateus Saldanya “Qalatasaray”la “Fənərbağça” (0:1) arasında baş tutan derbini izləyib.
İdmanxeber.az-ın məlumatına görə, braziliyalı forvard dünən keçirilən matçda stadionda olub. Türkiyə mətbuatı onun növbəti mövsümdən “sarı-qırmızılar”a transfer oluna biləcəyini vurğulayıb.
Xatırladaq ki, Saldanyanın 2027-ci ilə qədər “Partizan”la müqaviləsi var.