“Şerif” (Moldova) futbolçusu Rikardinyo ilə yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı oyunçu ilə yeni müqavilə imzalanmayıb. Rikardinyo “Şerif”lə 5 dəfə ölkə çempionu olub. Braziliyalı 3 dəfə Moldova Kubokunu qazanıb.
Xatırladaq ki, “Şerif” Avropa Liqası I təsnifat mərhələsində “Zirə”nin rəqibidi.