06 Oktyabr 2024
Dünya futbolu

“Fənərbağça” mərakeşli futbolçu alır

“Sevilya”nın hücumçusu Yusuf En Nesiri karyerasını “Fənərbağça”da davam etdirə bilər

İdmanxeber.az-ın məlumatına görə, Türkiyə klubunun baş məşqçisi Joze Mourinyo 27 yaşlı mərakeşlini heyətində görmək istəyir. İndi tərəflər futbolçunun mümkün maaşını müzakirə edir.

Ötən mövsüm En Nesiri 41 oyun keçirib, 20 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 20 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43