06 Oktyabr 2024
Dünya futbolu

“Zirə”dən ayrılan futbolçu Ermənistan klubunda

“Zirə”dən ayrılan Vladislav Kulaçın yeni klubu müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı hücumçu karyerasını Ermənistanda davam etdirəcək. O, bu ölkənin “Pünik” klubu ilə razılaşıb.

Futbolçu ilə 2025-ci il iyununa qədər müqavilə imzalanıb.

 “Zirə” bu yay Kulaçla yolları ayırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43