06 Oktyabr 2024
Dünya futbolu

“Bavariya”nın yarımmüdafiəçisi PSJ-nin siyahısında

“Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmix karyerasını PSJ-də davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, parislilər 29 yaşlı almaniyalını transfer siyahısına daxil edib. Fransız klubu “Benfika”nın yarımmüdafiəçisi Joao Neveşi də nəzərdən keçirir.

Ancaq Portuqaliya təmsilçisinin 120 milyon avro təzminat istəməsi rəhbərliyi Kimmix transferinə yönləndirib.

Ötən mövsüm almaniyalı 43 oyun keçirib, 2 qol vurub və 10 məhsuldar ötürmə edib. Avro-2024-də yarımmüdafiəçi Almaniya millisinin heyətində 5 oyunda 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43