“Bavariya”nın müdafiəçisi Kim Min Jae klubu tərk etmək niyyətində deyil.
İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı koreyalı Münhen klubunda qalmaq istədiyi üçün “İnter”in təklifini rədd etmişdi. Onun müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Futbolçu növbəti mövsüm də “Bavariya”da qalacaq. O, təklifləri dəyərləndirmək niyyətində deyil.
Ötən mövsüm Kim Min Jae 36 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 45 milyon avro qiymətləndirir.