“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borxes karyerasını Azərbaycanda davam etdirə bilər.
İdmanxeber.az “РБ Спорт” nəşrinə istinadən xəbər verir ki, “Qarabağ” 28 yaşlı braziliyalının xidmətində maraqlıdı. Tərəflər transferlə bağlı razılığa yaxındırlar. Futbolçu 2023-cü ilin yanvarında “Qarabağ”dan “Krasnodar”a keçib.
Ötən mövsüm Kadi 33 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 2,5 milyon avro qiymətləndirir.