“Atletiko”nun hücumçusu Alvaro Morata tezliklə “Milan”ın futbolçusu ola bilər.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar” 31 yaşlı ispaniyalının icarəsi ilə bağlı danışıqlar aparır. Bildirilir ki, forvard özü “Milan”a keçməyə razılaşıb.
Ötən mövsüm Morata “Atletiko”nun heyətində bütün turnirlərdə 48 oyuna çıxıb, 21 qol vurub və 5 məhsuldar ötürmə edib.
Hücumçu əvvəllər “Yuventus”, “Çelsi” və “Real “da çıxış edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 16 milyon avro qiymətləndirir.