“Zirə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Bakıda “Şerif”ə qarşı keçirəcəyi oyuna hakim təyinatı açıqlanıb.
İdmanxeber az-ın məlumatına görə, iyulun 18-də “Dalğa Arena”da baş tutacaq görüşü qazaxıstanlı hakimlər briqadası idarə edəcək.
Baş hakim Bulat Sariyevə yan xətt hakimləri Denis Labaşov və Yuri Tixonyuk köməklik edəcək. Dördüncü hakim isə Aydın Tasıbayev olacaq.
Xatırlardaq ki, “Zirə” səfərdə rəqibini 1:0 hesanı ilə məğlub edib.