20 Sentyabr 2024
Dünya futbolu

Ukrayna millisinin üzvü “Mançester Yunyated”in hədəfində

“Jirona”nın və Ukrayna millisinin vingeri Viktor Tsıqankov karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Mançester Yunayted” və “Aston Villa” 26 yaşlı futbolçunu almaqda maraqlıdırlar. Onlar artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

Tsqankovun “Jirona” ilə müqaviləsində 30 milyon avroluq təzminat nəzərdə tutulub. Onun klubu ilə sözləşməsi 2027-ci ilin yayına qədərdir.

Ötən mövsüm futbolçu La Liqada 30 matçda 8 qol vurub və 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43