Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start verilib.
İdmanxeber.az-ın məlumatına görə, turnirdəki təmsilçimiz “Qarabağ” Cəbəllütariqdə “Linkoln”un qonağı olub. Matç “köhlən atlar”ın qələbəsi ilə yekunlaşıb – 2:0.
Bu komandalar arasındakı cavab matçı iyulun 30-da Bakıda keçiriləcək.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
23 iyul
20:00. “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərbaycan) – 0:2
Qol: Juninyo, 45+2, Toral Bayramov, 75
Baş hakim: İştvan Vad (Macarıstan)
Cəbəllütariq, “Europa point stadium”