“Qarabağ” ciddi itki ilə üzləşib.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun futbolçusu Leandro Andrade Çempionlar Liqasının IIəsnifat mərhələsinin hazırda davam edən “Linkoln”la matçına əlavə olunmuş dəqiqələrində yerdə qalıb. Oyunu davam etdirə bilməyən “sambaçı” məcburiyyətdən meydanı tərk etməli olub.
Qeyd edək ki, matçda “köhlən atlar”ın 2:0-lıq üstünlüyü var.