“Barselona”nın futbolçusu Ansu Fati sıradan çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı oyunçu sol ayağından zədə alıb. Onun Kataloniya təmsilçisi ilə ABŞ toplanışına getməsi sual altındadır.
İspaniyalı forvard ötən mövsüm icarə əsasında İngiltərənin “Brayton” komandasının formasını geyinib.