21 Sentyabr 2024
Dünya futbolu

Premyer Liqa klubu “Bavariya” ilə anlaşdı

“Bavariya” və “Vest Hem” müdafiəçi Nussair Mazraouinin transferi ilə bağlı razılığa gəlib.

İdmanxeber.az-ın məlumatına görə, transfer məbləği 15,5 milyon avro olacaq. “Bavariya” daha 4 milyon avronu bonus olaraq ala biləcək.

“Vest Hem” 26 yaşlı mərakeşli futbolçu ilə də prinsipial olaraq şifahi razılığa gəlib.

2023/24 mövsümündə Mazraui Bundesliqada 19 oyun keçirib, 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43