Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçunun keçidini rəsmiləşdirib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli müdafiəçi İlkin Qırtımov Gəncə təmsilçisinin şərəfini qoruyacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onunla 1 illik müqavilə imzalanıb. Qırtımovun son klubu “Qəbələ” olub.