Avqustun 1-də Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
İdmanxeber.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa və dünya çempionumuz qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn idmançımız Olimpiya çempionu olub.