30 Oktyabr 2024
Dünya futbolu

Neymar zədəsi barədə açıqlama verdi

“Əl-Hilal”ın və Braziliya millisinin hücumçusu Neymarın zədəsindən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı futbolçu durumu ilə bağlı sosial şəbəkə hesabından paylaşım edib:

“Bu zədədən sonra çətin günlər olur ki, hər şeydən əl çəkmək istəyirsən. Bütün bunlardan keçmək çətindir. Amma mən yoluma çatana qədər dayanmayacaq döyüşçüyəm! Allah mənim gücüm və qalamdır. Biz hər gün döyüşəcəyik”.

Neymarın “Əl-Hilal” ilə müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43