“Kəpəz” transfer çalışmalaranı davam etdirir.
İdmanxeber.az-a verilən məlumata görə, Gəncə klubu Luis Paçu ilə danışıq aparır. Hələlik tərəflər arasında razılıq əldə olunmayıb. Buna səbəb maliyyə şərtləridir.
Futbolçunun təklif ediləndən daha yüksək maaş tələb etməsi transferin gerçəkləşməsinə mane olur.
Paçu ötən mövsümü “Turan Tovuz”da keçirib. Tovuz klubu yayda oyunçu ilə yollarını ayırıb.