20 Sentyabr 2024
Ölkə futbolu

Qara Qarayev “Neftçi”dən ayrıldı

“Neftçi” Qara Qarayevlə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında qarşılıqlı olaraq anlaşma əldə olunub. Yarımmüdafiəçi bu mövsüm “Neftçi” forması ilə heç bir matça çıxmayıb.

Xatırladaq ki, Qarayev ötən mövsüm “ağ-qaralar”la iki illik müqavilə bağlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43