23 Sentyabr 2024
Ölkə futbolu

“Mükəmməl oynadığımızı deyə bilmərəm” – Krunoslav Renduliç

“Futbolçularım yaxşı oynadı. Amma mükəmməl oynadığımızı deyə bilmərəm. Çünki yenə qapımızda iki qol gördük. Buna görə də məmnun deyiləm. Hücum xəttinin oyununa görə razıyam. Bilirik ki, bizim üçün burada çətin olacaq. Sonuncu qələbəmizi iki il öncə əldə etmişik. “Səbail” yaxşı oynadı. Amma biz daha yaxşı idik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının 7-ci turunun “Səbail”lə (3:2) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

Təcrübəli çalışdırıcı müdafiə xəttindən narazı olduğunu gizlətməyib:

“Müdafiədə səbirli oynamalıyıq. Hər vəziyyətə 100 faiz yanaşmaq lazımdır. Bu sadəcə keyfiyyətdən asılı olan məsələ deyil. Hər vəziyyətə yuxarıdan aşağı baxmaq lazım deyil, daha diqqətli oynamaq lazımdır. Bunu oyundan qabaq da demişdim. Müdafiədə daha məsuliyyətli olmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43