24 Sentyabr 2024
Dünya futbolu

“Barselona” bu qapıçını transfer edir

“Barselona” “Las Palmas”ın qapıçısı Alvaro Vallesi transfer etməkdə maraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, sövdələşmə qış transfer pəncərəsində baş tuta bilər. Valles yayda komandadan ayrılmağı planlaşdırsa da, heç bir klubla razılığa gələ bilməyib.

Xatırladaq ki, “Barselona”nın əsas qapıçısı Mark-Andre ter Ştegen La Liqanın 6-cı turunda “Vilyarreal”la oyunda (5:1) ciddi zədə alıb.  Qapıçı meydançadan xərəkdə aparılıb.

Onun təxminən 8 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43