28 Sentyabr 2024
Ölkə futbolu

“Ümid edirik ki, tez bir zamanda Naxçıvanı təmsil edib azarkeşləri sevindirə biləcəyik”

“Bilirdik ki, bizi ağır oyun gözləyir. Tovuz səfərindən sonra komanda çox məşq edə bilməmişdi. Futbolçularda bərpa prosesi ağır keçdi. Komanda bizə müsbət siqnallar verir. Qələbə qazandıq. Amma daha da artığını etməliyik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Araz Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev “Səbail” qalibiyyəti (3:1) sonrası deyib. O, daha sonra belə davam edib:

“Hər dəfə mənə komandanın Naxçıvana qayıdıb-qayıtmayacağı ilə bu sual verilir. Bu, mənə aid olmayan sualdır. Naxçıvan rəhbərliyindən xahiş edirəm ki, komandanı Naxçıvana qaytarsınlar. “Araz-Naxçıvan” öz azarkeşlərinin qarşısında daha da rəngarəng olacaq. Yaxşı futbolçulara sahibik. Ümid edirik ki, tez bir zamanda Naxçıvanı təmsil edib azarkeşləri sevindirə biləcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43