01 Oktyabr 2024
Ölkə futbolu

Qurban Qurbanov media önünə çıxır

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Malmö” (İsveç) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı oktyabrın 2-də saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 17:30-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azersun Arena”da keçiriləcək.

Qonaq komandanın baş məşqçisi Henrik Ridströmün Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 18:30-da start götürəcək. İsveç təmsilçisinin eyni arenada keçiriləcək ilk 15 dəqiqəsi açıq olacaq məşqi 19:00-da başlayacaq.

Qeyd edək ki, oktyabrın 3-də keçiriləcək “Qarabağ” – “Malmö” görüşü saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43