İngiltərə Çempionşip təmsilçilərindən “Koventri Siti” Frenk Lempardı komandanın sükanı arxasına gətirməyi düşünür.
İdmanxeber.az-ın məlumatına görə, “Çelsi”nin sabiq çalışdırıcısı bir müddətdir ki, işsiz idi. “Koventri Siti” baş məşqçisi Mark Robinsonla yolları ayırıb. Hazırda klub rəhbərliyi boş qalan posta lempardı gətirmək niyyətindədi.
Tərəflər arasında danışıqların davam etdiyi və bu məsələyə yaxın günlərdə son qoyulacağı bildirilir.