19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində 2-ci oyununu keçirəcək.
İdmanxeber.az-ın məlumatına görə, 7-ci qrupda yer alan millimiz İrlandiya yığması ilə üz-üzə gələcək. Moldovanın paytaxtı Kişinyovda yerləşən “Zimbru-2” stadionunda təşkil olunacaq qarşılaşmanı serbiyalı baş hakim idarə edəcək.
Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
16 noyabr
14:00. İrlandiya – Azərbaycan
Baş hakim: Miloş Milanoviç (Serbiya)
Baş hakimin köməkçiləri: Novak Novakoviç (Serbiya), Qennadi Lisita (Moldova)
Dördüncü hakim: İqor Boska (Moldova)