“Bu, olduqca sadədir. Qol vurmaq olduqca xoşdur. Təbii ki, bundan həzz alırsınız”.
İdmanxebera.az-ın məlumatına görə, bu sözləri İsveç milli komandasının forvardı Viktor Qyökereş Azərbaycan millisi üzərində qazandıqları qələbə (6:0) barədə danışarkən deyib. Yığmamıza dörd qol vurmağı bacaran futbolçu daha sonra belə davam edib:
“Qarşıda çox oyun var, eyni ruhda davam etməliyik. Hər şey çox yaxşı getsə də, artıq baş verənlərlə yaşamamağa çalışıram. Millətlər Liqasının bombardiri olmuşam. Bunu qazanmaq həmişə xoşdur”.