21 Noyabr 2024
Dünya futbolu

“Mançester Siti”də üzlər gülür

“Mançester Siti” bir müddətdi zədəli olan futbolçularından xoş xəbər alıb.

İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər”in heyətində Kevin de Bruyne, Con Stounz, Cek Qriliş və Manuel Akanci artıq zədəsini sağaldıb. Bu futbolçular ötən gündən komanda ilə məşqlərə başlayıb.

Həftəsonu “Tottenhem”lə qarşılaşacaq “Mançester Siti” sözügedən futbolçuların xidmətindən yararlana biləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43