“Real”ın keçmiş vingeri Qaret Beyl Çempionlar Liqasında “Real”ın məğlubiyyətləri haqda danışıb.
İdmanxeber.az-ın məlumatına görə, uelsli futbolçu Madrid təmsilçisinin üzvlərini tənqid edib. O, oyunçuları məsuliyyətsizlikdə günahlandırıb:
“Real”da işlər yaxşı getmir. Bunun səbəblərini zədəli futbolçulara bağlamaq asandı. Amma onlar “Real”dan gözlənilən standartlara uyğun deyil. Futbolçuları qələbə formasına qaytarmaq çətin olacaq. Onlar travma böhranı yaşayırlar. Hər yerdə boşluqlar olan komandanı tarazlamağa çalışmaq tamam başqadır”.
Xatırladaq ki, “Real” Çempionlar Liqasının növbəti turunda səfərdə “Liverpul”a məğlub olub (0:2).