27 Dekabr 2024
Ölkə futbolu

“Hakimdən bunu gözləməsəm də, bizə qarşı qərəzli idi”

“Oyunun vacibliyini dərk edirdik. Qələbə üçün meydana çıxmışdıq ki, liderliyimizi qoruyaq. Çox təəssüf ki, alınmadı. Amma vaz keçməyəcəyik, sona kimi mübarizə aparacağıq. Çalışıb, yenidən liderliyi ələ keçirəcəyik”.

Bu sözləri İdmanxeber.az saytına “Karvan”ın futbolçusu İbrahim Qədirzadə “Qəbələ” oyunu (0:1) barədə danışarkən deyib. O, görüşün hakimi Tural Qurbanlının nəticəyə təsir etdiyini bildirib:

“Məğlubiyyətə əsas səbəb hakimlik oldu. Əslində hakimlərlə bağlı danışmağı xoşlamasam da, bu oyunda verilməyən iki penalti bizi 3 xaldan etdi. İlk epizod da yüz faiz penalti idi. Bilmirəm, Tural Qurbanlı nə düşünüb o qərarı verdi. Hakimdən bunu gözləməsəm də, bizə qarşı qərəzli idi. Çünki səhv bir dəfə olar, ikincini də vermirsə, artıq qərəzlidi. “Qəbələ”nin qol vurduğu epizoddakı cəriməni rahatlıqla verirsənsə, bizim penaltilərimizi də verməlisən”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43