Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən “Turan Tovuz” – “Sabah” oyununda ev sahibi komandanın üzvü ağır zədə alıb.
İdmanxeber.az-ın məlumatına görə, Denis Marandiçi “Sabah”ın futbolçusu ilə girdiyi mübarizədə ağır xəsarət alıb. Futbolçunun böyük ehtimalla ayağı qırılıb.
Dərhal meydana təcili tibbi yardım maşını daxil olub və Marandiçi xəstəxanaya aparılıb.