“Yuventus”un sabiq baş məşqçisi Massimiliano Alleqri “Vest Hem”i çalışdıra bilər.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik Xulen Lopeteqinin əvəzinə italiyalı mütəxəssislə danışıqlar aparıb. Alleqri mövsümün sonunda baş məşqçi vəzifəsinə keçməyi düşünəcək.
17 may 2024-cü ildə Alleqri “Yuventus”un baş məşqçisi vəzifəsindən azad edilib.