“Səbail” Misli Premyer Liqasının 17-ci turunda səfərdə “Şamaxı” ilə 0:0 hesablı heç-heçə edib.
İdmanxeber.az xəbər verir ki, “dənizçilər”in baş məşqçisi Cavid Hüseynov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Hər iki komanda üçün vacib oyun idi. Sonuncu yerdəyik. Bura qələbə üçün gəlmişdik, amma 1 xalla dönürük. Meydançanın vəziyyəti futbol oynamağa imkan vemirdi. Hava şaraiti öncədən bilinirdi, sinoptiklər məlumat vermişdi. Meydandançın vəziyyətini düzəltmək olardı. Buzda futbol oynamaq yaxşı olmadı. Qarşıda bizi “Zirə” ilə vacib matç gözləyir. Həmin oyuna hazırlaşacağıq”.