18 Dekabr 2024
Ölkə futbolu

Toraldan “Qarabağ” üçün 900-cü qol

“Qarabağ” Azərbaycan çempionatlarında 900-cü ev qolunu vurub.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının 17-ci turuna təsadüf edib.

“Sumqayıt”la görüşdə vurulan sonuncu top yubiley xarakteri daşıyıb. “Qarabağ”ın öz meydanındakı 900-cü qoluna Toral Bayramov imza atıb.

Ağdam klubu “900”ə 464-cü ev matçında çatıb. “Qarabağ” öz meydanında 900 və daha çox qol vuran ikinci komanda olub. Bunadək yalnız “Neftçi” öz meydanında bu qədər qola imza atıb.

Qeyd edək ki, “Qarabağ”ın ilk ev qolunu 1992-ci il mayın 3-də Sabirabad “İnşaatçı”sı ilə matçda Mehman Alışanov vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43