15 İyun 2026
Dünya futbolu

PSJ-nin hücumçusu “Yuventus”a keçir

PSJ-nin hücumçusu Randal Kolo-Muani karyerasını İtaliyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun xidmətində “Yuventus” klubu maraqlıdı. Hücumçunun özü də Paris klubundan ayrılmağa müsbət yanaşır.

O, baş məşqçi Luis Enrikenin planlarına daxil deyil. Turin klubu 26 yaşlı futbolçunu yanvarda icarəyə götürməyi düşünür.

O, ümumilikdə bu mövsüm 14 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43