“Yuventus”un yarımmüdafiəçisi Ueston Makkennini buraxmaq niyyətində deyil.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu klubdan yeni müqavilə təklifi alıb. Tərəflər arasında danışıqlar davam edir.
Sözləşmənin müddəti 3+1 illikdir. Onun “Yuventus”la hazırkı anlaşması 2026-cı ilin yayında başa çatacaq.
Amerikalı yarımmüdafiəçi cari mövsümdə Tiaqo Mottanın komandasında 17 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.