“Barselona”nın futbolçusu Vitor Roke karyerasını Braziliyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Palmeyras”la danışıq aparır. Brazliya klubu Roke üçün 20 milyon avro ödəməyə hazırdır.
Oyunçu hazırda icarə əsasında “Betis”də çıxış edir.
19 yaşlı hücumçu cari mövsüm 23 matçda 6 qol vurub və 1 asist edib. Onun “Barselona” ilə müqaviləsi 2031-ci ilə qədərdir.