“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib.
İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komanda 2024/25 mövsümünün ikinci yarısına hazırlığı Bakıda keçirəcək.
Misli Premyer Liqasının 18-ci turunun “Araz-Naxçıvan”la dekabrın 22-də baş tutan oyunundan (2:0) sonra istirahətə buraxılan futbolçular 2025-ci ilin yanvarın 3-də bir araya gələcəklər.
Ağdam təmsilçisinin hazırlıq prosesi “Azersun Arena”dakı təlim-məşq bazasında baş tutacaq.
Bakıdakı toplanış çərçivəsində iki yoxlama oyunu keçiriləcək. Komanda yanvarın 9-da “Kəpəz”, üç gün sonra “Zirə” ilə üz-üzə gələcək.