14 Yanvar 2025
İdman

Azərbaycan – Yunanıstan oyununun hakimləri açıqlandı

Azərbaycan futzal millisinin Avro-2026-nın əsas mərhələsinin Bakıda Yunanıstana qarşı keçirəcəyi oyunu üçün hakim təyinatlar bəlli olub.

İdmanxeber.az xəbər verir ki, qarşılaşmaya Norveç və Almaniyadan olan ədalət təmsilçiləri təyinat alıblar.

Hakimlər Telmen Undrax (Norveç), Yakob Pavlovski (Almaniya), Daq Erik Tanqvik (Norveç) olacaq. Hakim-inspektor vəzifəsini Sreten Vasiç (Serbiya) yerinə yetirəcək. UEFA nümayəndəsi isə Vladimir Kolbasyuk (Moldova) olacaq.

Qeyd edək ki, Azərbaycan – Yunanıstan görüşü fevralın 4-də, saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43