AFFA-nın məşqçi kurslarının təlimatçısı Aslan Kərimov və Osman Rəhimovla olan müqaviləsi başa çatıb.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, sözləşmənin başa çatmasına baxmayaraq sözügedən təlimatçıdan hər hansı birinə yeni müqavilə təklif olunmayıb.
Qurumun həm Kərimov, həm də Rəhimovla yola davam edib-etməyəcəyi isə sual olaraq qalır.
Qeyd edək ki, bu ayın 21-də AFFA İK-nin növbəti iclası keçiriləcək. Məhz bu iclasdan sonra bir çox suallara aydınlıq gələcək.