“Fənərbağça”nın futbolçusu Linkoln Enrike klubdan ayrılıb.
İdmanxeber.az-ın məlumatına görə, oyunçu karyerasını İngiltərədə davam etdirəcək. Çempionşip təmsilçisi “Hall Siti” braziliyalı hücumameyilli yarımmüdafiəçini icarəyə götürüb.
Qeyd edək ki, “Fənərbağça” Linkoln Enrikeni 2022-ci ilin yayında Portuqaliyanın “Santa Klara” klubundan transfer edib.