03 Fevral 2025
Ölkə futbolu

Benzia “Qarabağ”dan ayrılır? – Qurban Qurbanov açıqladı 

Bir müddətdi mətbuatda “Qarabağ”ın futbolçusu Yassin Benzianın komandadan ayrılacağı iddia edilir.

İdmanxeber.az-ın məlumatına görə, əlcəzairli oyunçunun Qətərin “Umm-Salal” klubu ilə anlaşdığı bildirilir. Məsələylə  bağlı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.

O, “Zirə” ilə oyunun ardından keçirilən mətbuat konfransında iddiaların doğru olmadığını bildirib:

“Yazılanlar doğru deyil, Benzia komandadadır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43