“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, komandanın sabiq yarımmüdafiəçisi Kadi Borges “Qarabağ”ın sıralarına qoşulub.
28 yaşlı braziliyalı futbolçu yenidən Ağdam klubunun uğurları üçün çalışacaq. Onunla 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2021-22-ci illərdə komandada forma geyinən Kadi 75 oyunda 28 qol vurub. O, 2021/22 mövsümündə Azərbaycan çempionu və kubokunun qalibi olub.