AFFA İcraiyyə Komitəsinin fevralın 3-dəki iclasında Misli Premyer Liqasında komanda sayının 2025/2026-cı ildə artırılacağına dair qərar qəbul edilib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bu mövsümü Premyer Liqanı sonuncu pillədə bitirən klub elitanı tərk etməyəcək. Belə ki, sonuncu pilləni tutacaq komanda I Liqanın 3-cüsü ilə pley-off matçı keçirəcək.
Lakin pley-off matçlarının bir və ya iki oyundan ibarət olub-olmayacağı sual olaraq qalmaqdadı.
Qurum İcraiyyə Komitəsinin növbəti iclasında bu məsələyə tam aydınlıq gətirəcək. Məhz bundan sonra yaranmış qeyri-müəyyənlik aradan qaldırılacaq.
AFFA İcraiyyə Komitəsinin növbəti iclası yaxın 2 həftədə keçiriləcək.
Qeyd edək ki, hazırda 3 komanda – “Şamaxı”, “Kəpəz” və “Səbail” digər rəqibləri ilə nisbətdə elitanı tərk etmək ehtimalı yüksək olan komandalardı.