06 Fevral 2025
Dünya futbolu

“Barselona”nın yarımmüdafiəçisi ərəblərin gündəmindədi

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

İdmanxeber.az -ın məlumatına görə, sözügedən ölkənin iki klubu artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

Niderlandlı futbolçuya hazırkı maaşının ikiqatı vəd edilib. 27 yaşlı yarımmüdafiəçi hələlik yekun qərarını verməyib.

De Yonqun kataloniyalılarla müqaviləsi 2026-cı ildə başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43