“Neftçi” Misli Premyer Liqasının XXIII turunda “Qarabağ”la üz-üzə gələcək. Son iki çempionat görüşündən qələbə ilə ayrılan “ağ-qaralar” Ağdam klubuna qarşı oyundan da yaxşı nəticə qazanmaq istəyir.
Komandada bütün diqqətlər bu matça yönəlib. Baş məşqçi Samir Abasov Azərbaycan derbisi öncəsi oyunçulara xəbərdarlıq edib. Təcrübəli mütəxəssis “Qarabağ” görüşünə qədər futbolçuların mətbuata danışmasına qadağa qoyub.
O, komandanın tamamən bu oyuna köklənməsini tələb edib. Abasov futbolçuların derbi öncəsi açıqlama və ya müsahibə verərək fikirlərinin yayınmasını istəmir.
“Neftçi” – “Qarabağ” oyunu fevralın 16-da, saat 19:00-da keçiriləcək.
İdmanxeber.az