“Liverpul”un forvardı Darvin Nunyes karyerasını İtaliyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun xidmətində “Milan” klubu maraqlıdı. Artıq hücumçunun meneceri “rossonyerlər”lə danışıq aparır..
Nunyesin “Liverpul”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Onun transfer dəyəri 65 milyon avrodur.

