İspaniyanın “Valyadolid” klubu baş məşqçi ilə yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, Dieqo Kokka uğursuz nəticələr səbəbindən istefaya göndərilib. Mütəxəssis 2024-cü ilin dekabr ayının ortalarından baş məşqçi vəzifəsində çalışırdı.
Hazırda bu klub La Liqada turnir cədvəlində 20-ci pillədədir.

